"Liverpul"un hücumçusu Məhəmməd Salah yaxın vaxtlarda klubunu dəyişə bilər.
"İki sahil" "TalkSPORT"a istinadən xəbər verir ki, bu səbəbdən mersisaydlıların rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq misirlinin yerinə potensial oyunçu haqda qərar verib. "Liverpul" "Arsenal"ın hücumçusu Bukayo Sakanı transfer edə bilər.
“Qırmızı-qaralar”a Salahı əvəz edə biləcək cinah oyunçusu ilə müqavilə imzalamaq məsləhət görülüb. Sakanın "Arsenal"la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Onunla "Mançester Siti"nin maraqlandığı bildirilir.