“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik komandanın uzun müddət Premyer Liqanın qalibi ola bilməməsi barədə danışıb.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis bu uğursuzluğun ciddi səbəbləri olduğunu deyib: “Əgər “Mançester Yunayted” son 10 ildə bir dəfə də çempionluq qazanmayıbsa, deməli, bunun ciddi səbəbləri var. Mövsümün sonunda 4-cü yeri tutsaq, komandadakı hər kəs xoşbəxt olacaq, o cümlədən də mən”.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 38 xalla 4-cüdür.