08 fevral 2022 13:54
493

Zidan, Ronaldo və Messi bir araya gələ bilər

Madrid “Real”ının keçmiş baş məşqçisi Zinəddin Zidan və “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldo yayda PSJ-yə keçə bilər.

“İki sahil” xəbər verir ki, PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poçettino istefaya gedəcək.

Klub rəhbərliyi onun yerinə məhz Zinəddin Zidanın namizədliyini düşünür. Z.Zidanın keçidi baş tutacağı halda isə o ilk növbədə “Real”da birgə çalışdığı Ronaldonu heyətə cəlb etməyə çalışacaq.

Əgər bu keçid reallaşarsa, Ronaldo və Messi eyni komandanın formasını geyinə bilər.