08 fevral 2022 12:19
660

Krivotsyuk ehtiyatda qaldı

Polşa çempionatında 20-ci turun oyunları keçirilib. 

“İki sahil” xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) bu turda səfərdə “Radomiak Radom”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Krivotsyuk bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

“Visla” 20 turdan sonra 30 xalla 18 komanda arasında 7-ci pillədə qərarlaşıb.