İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.
“İki sahil” xəbər verir ki, İtaliya Futbol Federasiyası Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) turnirin təşkilində maraqlı olduğu barədə məlumat verib.
Bildirilir ki, namizədlik layihəsi 12 aprel 2023-cü il tarixinədək təqdim edilməlidir. Çempionatın keçiriləcəyi yer ilə bağlı qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir