08 fevral 2022 08:19
560

Pekin-2022: Fiqurlu konkisürənimiz növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi qısa proqramda 84,15 xal toplayıb və hazırda sıralamada 7-ci yerdədir.

V.Litvintsev 30 konkisürənin qatıldığı qısa proqramda vaxtından əvvəl ilk ilk 24-ə düşməyi bacarıb və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.