08 fevral 2022 01:04
902

Azər Əliyev “Pekin-2022” Qış Olimpiya Oyunlarında dağ yarışlarını izləyib - FOTOLAR

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndə heyəti Pekində olub.

“İki sahil” xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, MOK-un baş katibi Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin müdiri və Pekindəki missiya rəhbərimiz Anar Bağırov, Marketinq idarəsinin müdiri Mehman Kərimov və Murad Fərzəliyevdən ibarət nümayəndə heyəti Zhangjikaounu ziyarət edib, “Pekin-2022” Qış Olimpiya Oyunlarının dağ yarışları olan snoubord, skiatlon və xizək yarışlarını izləyiblər.

Daha sonra sözügedən məkanda yerləşən sayca 3-cü atletlər kəndinə səfər edib, şəraitlə tanış olublar.