07 fevral 2022 21:06
572

Əfsanəvi qadın altıqat Olimpiya çempionu oldu

Hollandiya təmsilçisi İren Byust olimpiya rekordu ilə Olimpiya çempionu olub.

“İki sahil” xəbər verir ki, 35 yaşlı idmançı özündən kiçik rəqiblərini də keçə bilib və 6 qat Olimpiya çempionu titulunu qazanıb.

Bu göstəriciyə görə, Byust sovet konkisürəni Lidiya Skoblikovaya çatıb.

Byust ilk də 2006-cı ildə Turində Olimpiya çempionu adını qazanıb. Sonra keçirilən hər Olimpiadada qalib olub. Onun kolleksiyasında qızıl medaldan başqa 5 gümüş və 1 bürünc medal da var.