07 fevral 2022 18:06
610

İngiltərə Futbol Assosiasiyası FİFA-nı yox, UEFA-nı dəstəkləyib

İngiltərə Futbol Assosiasiyası dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı mövqeyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, futbolun yaradıcıları FİFA-nın yeniliklə bağlı ideyasına qarşı çıxıb.

Qurumun rəhbəri Mark Bullinqem bu mövzuda UEFA-nın mövqeyini dəstəkləyib: “Biz bu planların gerçəkləşəcəyinə inanmırıq”.

Qeyd edək ki, bir müddət əvvəl İngiltərə Premyer Liqasının bütün klubları da mundialın iki ildən bir keçirilməsinin əleyhinə çıxıb.