"Bavariya"nın qapıçısı Manuel Noyer əməliyyat olunub.
“İki sahil” xəbər verir ki, bu barədə 34 yaşlı qolkiper İnstaqram hesabında paylaşım edib. O, dizindən kiçik əməliyyat keçirib. Almaniya mətbuatı qapıçının bir neçə həftə sonra yaşıl meydanlara qayıdacağını yazıb.
Qeyd edək ki, Noyer bu mövsüm Münhen klubunda 28 oyuna çıxıb.