07 fevral 2022 15:49
632

Overmars "Ayaks"dan biabırçı şəkildə qovuldu

“Ayaks”ın idman direktoru Mark Overmars istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderland futbolunun canlı əfsanələrindən olan keçmiş yarımmüdafiəçi qadın həmkarlarına uyğun olmayan mesajlar göndərdiyi üçün klub bu qərarı verib.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2012-ci ildən bu vəzifədə idi və bu yaxınlarda müqaviləni 2026-cı ilin iyun ayına qədər uzatmışdı.