07 fevral 2022 14:54
511

Federasiyadan azarkeşlərə MÜRACİƏT: Oyunlara gəlməyin!

“Bildiyiniz kimi, ölkəmizdə COVID-19 pandemiyası səbəbi ilə karantin qaydaları davam edir və qapalı məkanlarda keçirilən idman yarışlarında azarkeşlərin iştirakına icazə verilmir”.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Qurum azarkeşlərə müraciət edərək karantinlə bağlı onları oyunlar üçün arenalara gəlməməyə çağırıb: “Bütün bunları və son günlərdə yoluxma hallarının artmasını nəzərə alaraq, sizdən daha diqqətli və anlayışlı olmağınızı xahiş edirik. Xatırladırıq ki, voleybol üzrə təşkil olunan Azərbaycan Super Liqası, Yüksək Liqa və I Liqanın oyunlarının keçirildiyi məkana yalnız həmin matç üçün adları protokolda olanların girişinə icazə verilir”.