07 fevral 2022 13:13
531

Son mövsüm ərzində transferlərdən ən çox ziyana düşən klublar açıqlanıb

Son mövsüm ərzində transferlərdən ən çox ziyana düşən “Böyük beşlik” klubları bəlli olub.

“İki sahil” xəbər verir ki, “Mançester Yunayted”in aldığı və satdığı oyunçular arasında fərq 1 milyard avronu keçib.

Bu müddətdə klub 1 milyard 545 milyonluq oyunçu alıb. Mançesterlilərin satdığı futbolçular isə cəmi 470 milyona bərabər olub.

“Mançester Siti” və PSJ ən çox ziyana düşən üç klub sırasındadır. “Onluq”da İngiltərənin 6 təmsilçisi yer alıb.

1. “Mançester Yunayted” - 1075
2. “Mançester Siti” – 984
3. PSJ - 941
4. “Barselona” - 650
5. “Arsenal” - 583
6. “Yuventus” - 561
7. “Milan” - 432
8. “Everton” - 429
9. “Aston Villa” - 424
10. “Çelsi” – 413