07 fevral 2022 01:09
824

İkinci dəfə Avropa çempionu oldular

Niderlandda futzal üzrə təşkil olunan Avropa çempionatı başa çatıb.

“İki sahil” xəbər verir ki,  Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.

Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.