01 fevral 2022 13:07
701

Qoran Pandev B seriyası klubunda

Makedoniya milllisinin sabiq üzvü Qoran Pandev İtaliyada klubunu dəyişib.

“İki sahil” xəbər verir ki, 38 yaşlı hücumçu A seriyasında çıxış edən "Cenua"dan B seriyası təmsilçisi "Parma"ya keçib.

Bu barədə "Parma"nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Pandev 38 qolla Şamali Makedoniya millisinin bombardiridir. Həmçinin o, millidə ən çox oyun keçirən (122) futbolçudur. O, karyerası ərzində "İnter", "Napoli", "Latsio", "Qalatasaray" kimi klublarda da oynayıb.