01 fevral 2022 12:11
669

Cermeyn Defonun yeni klubu

İngiltərə millisinin sabiq üzvü Cermeyn Defonun yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, 39 yaşlı hücumçu "Sanderlend"ə keçib. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Təcrübəli forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Defonun son klubu Şotlandiya “Reyncers”i olub. O, daha əvvəl “Tottenhem”, “Sanderlend”, “Bornmut” kimi komandalarda da oynayıb.