“Qalatasaray”ın futbolçusu Bartuğ Elmaz karyerasını Fransada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, Türkiyə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 18 yaşlı yarımmüdafiəçi “Marsel”lə anlaşıb.
İstanbul klubu ilə müqaviləni yeniləməkdən imtina etdiyi üçün əsas komandadan kənarlaşdırılan Elmaz marsellilərə yayda qoşulacaq. Transfer qadağası ilə üzləşən Liqa1 təmsilçisi türkiyəli oyunçu ilə yayda 4 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, gənc futbolçu cari mövsüm cəmi 1 oyun 1 dəqiqə meydana olub.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub