"Milan" “Lill”in futbolçusu Renatu Sançeşi transfer edə bilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi A seriyası təmsilçisində oynamaq istəməyib. Klublar arasında danışıqlar yekunlaşmaq üzrə olsa da, Renatu bu variantdan imtina edib. Milanlılar ona görə “Lill”ə 25 milyon avro ödəməyə razılaşmışdı.
Qeyd edək ki, Renatu 2019-cu ildən Fransa klubunda oynayır.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub