15 yanvar 2022 17:07
1012

FIFA "Qarabağ"ın rəqibinə transfer qadağası qoyub

FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi Fransa "Marsel"inə transfer qadağası qoyub.

"İki sahil" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.

"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.