15 yanvar 2022 13:22
1019

Para-atletika üzrə dünya çempionatı ləğv edilib

Bu il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan para-atletika üzrə dünya çempionatı ləğv edilib.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi (IPC) bu barədə milli paralimpiya komitələrinə məlumat verib.

Yarışın Təşkilat Komitəsi və IPC mundialın 2024-cü ildə təşkilini nəzərdən keçirir.

Qeyd edək ki, dünya çempionatı 26 avqust - 4 sentyabrda gerçəkləşməli idi.