12 yanvar 2022 19:28
921

Azərbaycanda ilk dəfə parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək

1-10 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakıda görmə məhdudiyyətli şəxslər arasında "2022 IBSA World Powerlifting and Bench Press Championship" yarışı keçiriləcək.

Milli Paralimpiya Komitəsindən “İki sahil”ə bildirilib ki, dünya çempionatında 25-dən artıq ölkənin iştirakı gözlənilir.

Yarış öncəsi beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifatın və eyni zamanda hakimlər üçün seminarların da keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə görmə məhdudiyyətli idmançıların iştirakı ilə 2 beynəlxalq yarış keçiriləcək. 07-09 noyabr 2022-ci il tarixlərində Bakıda paracüdo idman növü üzrə də dünya çempionatı baş tutacaq.