"Yuventus” “Atletiko”dan icarəyə götürdüyü Alvaro Moratanı komandada saxlamaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klubun baş məşqçisi Massimiliano Alleqri hücumçunun komandadan getməsinə qarşı çıxıb. Bu səbəbdən də turinlilər 29 yaşlı forvardın yerinə yeni hücumçu axtarışına başlamayıb. Morata bu qərardan narazı qalıb. Çünki ispaniyalı yenidən La Liqada çıxış etməyi planlaşdırır. “Yuventus” Alvaronu “Atletiko”dan alıb-almamaqla bağlı qərarını yayda verəcək.
Qeyd edək ki, hücumçu bu mövsümdə 25 oyunda 7 qol vurub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB