12 yanvar 2022 17:22
882

Suares qərarını verdi

“Atletiko”nun hücumçusu Luis Suares klubdakı gələcəyi ilə bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, uruqvaylı hücumçu mövsümün sonunda klubla müddəti bitən müqaviləsini yeniləməyəcək.  Suaresin karyerasını ABŞ-da – “İnter Mayami”də davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Suares ötən ilin sentyabr ayında "Barselona"dan "Atletiko"ya keçib.