12 yanvar 2022 13:01
1163

"Mançester Yunayted"in əsas məqsədi

"Mançester Yunayted" futbolçusu Markus Reşfordu komandada saxlamaq istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Qırmızı şeytanlar" 24 yaşlı hücumçu ilə müqaviləni yeniləməkdə israrlıdır. Bu məsələ klub rəhbərliyi üçün prioritetdir. Reşfordun hazırkı sözləşməsi isə 2023-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Reşford bu mövsüm 11 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.