Türkiyənin "Qalatasaray" futbol klubuna yeni baş məşqçi təyin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı İstanbul klubunun İdarə Heyətinin sədri Burak Elmas bildirib.
B.Elmas qeyd edib ki, komandanın yeni baş məşqçisi ispaniyalı mütəxəssis Domenek Torrent olacaq.
D.Torrent bu vəzifəyə istefaya göndərilən Fatih Terimin əvəzinə gələcək.
Qeyd edək ki, 59 yaşlı Domenek Torrent 2007-2018-ci illərdə "Barselona", "Bavariya" və "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olub.
Daha sonra o, Nyu-York Siti və Flamenqoda baş məşqçi vəzifəsində çalışıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB