12 yanvar 2022 09:32
708

"Neftçi" braziliyalı hücumçunu heyətinə qatıb

Braziliyanın "İnternasional" klubundan ayrılan futbolçu Gilerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.

"İki sahil" Porto Aleqre təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Neftçi" ilə anlaşıb.

Braziliyalı forvardın müqaviləsinin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.