İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Fransada davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, PSJ portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Yayda Kilian Mbappenin İspaniya "Real Madrid"inə keçə biləcəyini nəzərə alan paytaxt klubu onun boşluğunu məhz 37 yaşlı forvardla doldurmaq niyyətindədir.
Təcrübəli oyunçu "qırmızı şeytanlar"la vidalaşmağa qərar versə, PSJ onunla danışıqlara başlayacaq.
Daha əvvəl Mançester təmsilçisindəki vəziyyətindən narazı qalan Ronaldunun agenti Jorje Mendeşə müraciət edərək ona yeni klub tapmasını istədiyii bildirilib. Futbolçu deyib ki, durum müsbətə doğru dəyişməsə, komandanı tərk edəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "Mançester Yunayted"in heyətində Premyer Liqada meydana çıxdığı 16 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB