Yanvarın 11-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən görüşdə autizmlilərə verilən idman təliminin bir qismi nümayiş olunub.
Qeyd olunub ki, autizmlilərin reabilitasiyasında idmanın çox böyük rolu var. Müxtəlif idman növləri üzrə (stolüstü tennis, atletika, velosiped idmanı, bocce və s.) təlimlər keçirilir.
Görüşdə təlimlər və yarışlar barədə məlumat verilib. Fərid Qayıbov autizmli uşaqların idman məşğələlərinə cəlb edilməsi və reabilitasiyasına diqqətin artırılması mövzusunda mütəxəsisslərlə fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində bocce idman növünün kiçik təqdimatı da olub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB