11 yanvar 2022 17:52
747

İsko bütün təklifləri rədd etdi

"Real"ın futbolçusu İsko bu mövsümün sonuna kimi klubunda qalmaq niyyətindədir.

"İki sahil" "Marca"ya istinadən xəbər  verir ki, ispan yarımmüdafiəçi ona göndərilən bütün təklifləri rədd edib. Madrid təmsilçisi onunla müqaviləni yeniləmək fikrində olmadığını bildirsə də, 29 yaşlı oyunçu hazırkı klubunda yaya qədər qalmağa qərar verib.

Qeyd edək ki, İskonun "Real"la müqaviləsi bu ilin iyununda başa çatır.