"Real"ın futbolçusu Toni Kroos klubu ilə 2023-cü ildə başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi ilə bağlı suallara cavab verib.
“İki sahil” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Sky Sport"a açıqlamasında karyerasını Madrid təmsilçisində bitirmək istədiyini bildirib:
"Sonuncu dəfə müqaviləni yeniləyəndə mən qəsdən bu müddəti - 2023-cü ili seçdim. Sözləşməmin sona çatdığı vaxt mənim 33 yaşım olacaq. Bu, qərar verməyim, nə edəcəyimi düşünmək üçün yaxşı yaşdır. Klubla əla münasibətim var. Onları heç nəyə dəyişmərəm. Hesab edirəm ki, bu münasibət qarşılıqlıdır. Karyeramı “Real”da bitirmək istəyirəm”. Ümid edirəm ki, belə olacaq. Görək, 2023-cü ildə nə baş verəcək. Mən hələ də yaxşı formadayam. Əlbəttə ki, bədəninizi dinləmək və dəyişikliklərə uyğunlaşmaq lazımdır. Həmçinin, oynamağa davam etmək üçün insanda istək olmalıdır”.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB