İtaliyanın "Cenoa" klubunun rəhbərliyi baş məşqçisi Andrey Şevçenko ilə bağlı qərar verib.
"İki sahil"in "La Gazetta dello Sport"a istinadən yaydığı məlumata görə, ukraynalı mütəxəssis ən azı yanvarın 13-ü "Milan"a qarşı kubok oyununa qədər vəzifəsinin başında olacaq. O da qeyd edilir ki, Şevçenkonun gələcək karyerası qeyri-müəyyən olaraq qalır. Artıq "Cenoa" rəhbərliyinin Şevçenkoya əvəzliyici axtarışına çıxdığı da bildirilir.
Xatırladaq ki, ukraynalı mütəxəssis 2021-ci ilin noyabrında "Cenoa"nın baş məşqçisi təyin edilib. Geridə qalan müddətdə komanda A seriyasında keçirdiyi 9 matçdan 6-da uduzub, 3-də heç-heçə edib. İtaliya kubokunun 1/16 finalında isə "Salernitano" üzərində qələbə qazanılıb.
21 turdan 12 xalı olan "Cenoa" hazırda 20 komanda arasında 19-cu yeri tutur.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB