Millimizin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirir.
“İki sahil” xəbər verir ki, bir ay sonra 36 yaşını qeyd edəcək Ağayev çıxış etdiyi “Səbail” klubu ilə yollarını ayırıb. Buna səbəb olaraq onun özünü məşqçi kimi sınamaq istəyi göstərilir. Belə ki, AFFA-dan millinin sabiq qolkiperinə aşağı yaş qrupları üzrə yığmalardan birində qapıçılarla iş üzrə məşqçi işi təklif olunub. O da bu təklifi qəbul edib.
Klubun mətbuat katibi Mehriban Mürsəlova isə Oxu.Az-a açıqlamasında Kamranın klub rəhbərliyi ilə bu gün görüşəcəyini və bundan sonra qərarın açıqlanacağını bildirib.
Qeyd edək ki, Kamran Ağayev peşəkar idman karyerası ilə yanaşı, güclü yumor hissi və meyxana deməsi ilə də məşhurlaşıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB