10 yanvar 2022 15:53
857

Kaqavanın yeni klubu açıqlandı

Yaponiya millisinin sabiq üzvü Şindzi Kaqavanın yeni klubu bəlli olub.

“İki sahil” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Belçikada davam etdirəcək. O, “Sent-Truden”ə keçib. Bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, karyerası ərzində Almaniyada "Borussiya" Dortmund, İngiltərədə "Mançester Yunayted", Türkiyədə "Beşiktaş" kimi klublarda da çıxış edən Kaqava son olaraq Yunanıstan PAOK-unda oynayıb.