“Onunla bu barədə çox söhbət etmədim”.
“İki sahil” xəbər verir ki, bu sözləri “Sportinfo TV”yə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, yayda “Qarabağ”dan “Legiya“ya keçən Mahir Emrelinin indi də Polşa klubundan ayrılmaq istəməsinə münasibət bildirib.
Ağdam təmsilçisində 6 mövsüm keçirən 25 yaşlı hücumçunun son vaxtlar yaşadığı problemlərdən danışan təcrübəli mütəxəssis məyusluğunu gizlətməyib:
“Onunla həm buradan gedən ərəfədə, həm də yaxınlarda görüşmüşəm. Mahir həmin vaxt mənə dedi ki, karyeramı ölkə xaricində davam etdirmək istəyirəm.
“Legiya”da yeni mövsümə yaxşı başladı. Sadəcə, klubun içində olmadığımdan, baş verən son hadisələrin səbəbini bilmirəm. Mahirə görə məyusam. Açığı, özüylə son söhbətdə bu barədə ona çox sual vermədim. Hiss etdim ki, bu mövzu onu çox yorub və bezdirib. Çünki hamı ondan bu haqda soruşur”.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB