Qalatasaray”ın Türkiyə Superliqası çərçivəsində “Giresunspor”a 0:1 hesabı ilə uduzduğu matçda meydana çıxan Arda Turan fotosu ilə gündəm oldu.
“İki sahil” xəbər verir ki, ulduz futbolçunun formasından uzaq, kök halda olan fotosu diqqət çəkib.
Arda İnstaqram hesabında onunla bağlı edilən paylaşımlara cavab verib:
“Hazırda “Qalatasaray” olaraq çətin günlərdən keçirik. Ötən mövsüm də komandamız lider idi, amma mən insanlar üçün müzakirə mövzusu olmuşdum. Amma bunlardan bezib heç bir yerə qaçmayacam. Mən “Qalatasaray” üçün oynayarkən rəqib oyunçunun qarşısını almaq üçün etdiyim müdaxilə sonunda zədələndim. Aylarla yatdım və düzgün qaça bilmədim. Ağrılarım çox yüksək idi. “Giresunspor”la matçda komandama kömək etmək üçün məşqçimdən icazə aldım və meydanda oldum. Uzun müddət edilən bütün fədakarlığım, əməyimin nəticəsi fərqli rakursdan çəkilən bir foto nəticəsində ucuz müzakirələrə çevrildi. Heç dayanmayacam və davam edəcəm”.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB