İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Andrey Şevçenko A Seriyasının 21-ci turunun “Spetsia” ilə oyununu buraxacaq.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçinin koronavirus testi müsbət olub.
Dekabrın 28-də ukraynalı mütəxəssis koronavirusa yoluxub və yanvarın 6-da keçirilən İtaliya çempionatının 20-ci turunun “Sassuolo” ilə (1:1) matçını buraxmaq riski ilə üzləşib.
Yanvarın 5-də Şevçenko COVID-19 üçün verdiyi testin mənfi olduğunu və matçda iştirak edə biləcəyini açıqlamışdı. Bu gün, yanvarın 9-da klubun mətbuat xidməti onun yenidən koronavirusa yoluxduğunu və “Spetsia” ilə matçda iştirak etməyəcəyini açıqlayıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB