09 yanvar 2022 17:44
958

Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Polşa millisinin yeni baş məşqçisi Fabio Kannavaro olacaq.

“İki sahil” xəbər verir ki, 49 yaşlı mütəxəssis yığmanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.

Kannavaro bu vəzifədə ötən ilin dekabrında istefa vermiş Paulu Souzanı əvəzləyəcək.

Qeyd edək ki, Fabi Kannavaronun son iş yeri Çinin "Quançjou Everqrand" klubu olub.