09 yanvar 2022 11:19
497

20 qələbə, 1 məğlubiyyət və ilin idmançısı

“MMA Junkie” 2021-ci ilin nəticələrinə əsasən ən yaxşı qarışıq döyüş ustasını (MMA) seçib.

“İki sahil” xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, “Ultimate Fighting Championship” (UFC) yarışmasında iştirak edən Kamara Usman birinci yerə layiqdir.

34 yaşlı Nigeriya mənşəli amerikalı keçən il üç döyüş keçirib. Usman üç dəfə orta çəkidə UFC çempionluğunu qoruyub.

Gilbert Berns, Xorxe Masvidal və Kolbi Kovinqton üzərində qələbə qazanan Usmanın UFC-də ardıcıl 15 qələbə seriyası var.

2019-cu ilin mart ayında Usman Tayron Vudlini nokaut edib və onun divizionda üstünlüyünə son verib.

Ümumilikdə Usmanın bir məğlubiyyətlə 20 qələbəsi var.