09 yanvar 2022 09:57
960

Rafael Fiziyev Rafael Dus Anjusla qarşılaşacaq

Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət etdiyi braziliyalı Rafael Dus Anjusla qarşılaşacaq.

“İki sahil” xəbər verir ki, bu barədə UFC-nin rəsmi “Instagram” hesabında paylaşım edilib.

Görüş fevralın 19-na nəzərdə tutulub.

Qeyd edək ki, buna qədər Dus Anjus “Twitter”də ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazmışdı.

Fiziyev isə bu paylaşıma reaksiya verib: “Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm”.