Formula 1 üzrə dünya çempionu Maks Ferstappen onlayn "24 saatlq Le-Man" yürüşündə iştirak edəcək.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, yarış yanvarın 15-16-da “rFactor2” platforması üzərində keçiriləcək.
Dünya çempionu "Team Redline" komandasının heyətində LMP kateqoriyasında mübarizə aparacaq. M.Ferstappen ilə yanaşı, komandada “IndyCar” pilotu Feliks Rozenkvist, sim-reysinqlər Maksimiliano Beneke və Attse Kerhof çıxış edəcəklər.
Onlayn yarışda digər tanınmış pilotlar Aleks Palou (IndyCar), Felipe Druqoviç, Serxio Setta Kamara (Formula 2), Beytske Visser (W Series) və sabiq Formula 1 sürücüsü Xuan-Pablo Montoyya mübarizə aparacaqlar.
Yarış yutub vasitəsilə canlı yayımlanacaq.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB