08 yanvar 2022 10:07
714

Cokoviç azarkeşlərə müraciət edib

Serb tennisçi Novak Cokoviç “Instagram” səhifəsində fanatlarına mesaj yazıb.

“İki sahil” xəbər verir ki, Cokoviç serb və ingilis dillərində azarkeşlərinə müraciət edib: “Dünyanın hər yerindən olan insanlara daimi dəstəyə görə təşəkkür edirəm. Mən bunu hiss edirəm və buna görə çox minnətdaram.”

Qeyd edək ki, yanvarın 5-də Cokoviçə Avstraliyaya giriş icazəsi verilməyib. Belə ki, onun vizasında COVID vaksinasiyaya dair məlumat olmayıb.

 

34 yaşlı tennisçi yanvarın 17-dən 30-dək keçiriləcək Avstraliya Açıq çempionatında iştirak etməyi planlaşdırırdı. Avstraliya hakimiyyəti onun taleyi ilə bağlı yekun qərarı yanvarın 10-da verəcək.