FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin sayını azaldıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Kişilər arasında bu ada Lionel Messi (Argentina, “Barselona”/PSJ), Robert Levandovski (Polşa, “Bayern”) və Məhəmməd Salah (Misir, “Liverpul”) iddia edir. İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kristiano Ronaldo bu dəfə yekun siyahıdan kənarda qalıb.
Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır: Cennifer Ermoso (İspaniya, “Barselona”), Samanta Kerr (Avstraliya, "Çelsi”), Aleksiya Putelyas (İspaniya, “Barselona”).
Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB