07 yanvar 2022 16:06
1036

“Astara” Futbol Klubunun üzvləri mükafatlar aldılar

Astara rayonunda son illər idmanın inkişafı üçün mühüm işlər görülür. Nəticə də rayonun idmançıları rayonda, respublikada keçirilən müxtəlif yarışlarda həmişə sevindirici nəticələr qazanırlar. Rayondakı “Astara” Futbol Klubunun da qazandığı qələbələr çoxdur.  Klub AFFA-nın təşkilatçılığı ilə futbol üzrə kişilər arasında keçirilən “Region Liga” çempionatında uğurla çıxış edir. Odur ki, Astara Rayon Gənclər və İdman İdarəsində “Astara” Futbol Klubunun üzvlərinə mükafatlar təqdim olundu.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən  Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov “Astara” Futbol Klubunun üzvlərini və onun məşqçilərini  çempionatında qazanılmış uğurlar  görə təbrik etdi.

“Astara” Futbol Klubunun baş məşqçisi Qəhrəman  Mirzəyev, məşqçilər Cəsarət Əliyev, Etibar Axundov isə çıxışlarında  ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına,  eləcə də idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını  bildiriblər.
 

Oktyabrın 30-dan futbolçuları yaşıl meydançaya dəvət edən “Region Liga”  çempionatın  artıq 6 turu geridə qalıb. 6 oyunun  4-də  qələbə qazanan “Astara” Futbol Klubu  bir oyunu heç-heçə, birini  isə məğlubiyyətlə başa vurub. Çempionatında  növbəti oyunlar bu ilin  fevral ayından  başlanar.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü