07 yanvar 2022 13:01
812

Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçir

"Səbail"in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə sportstonoto.gr məlumat yayıb. 22 yaşlı müdafiəçi "Olimpiakos Volos"a keçməyə yaxındır. Manafovun bir neçə gün ərzində Volos şəhərində olacağı bildirilib. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir.