Kriştianu Ronaldo İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.
"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın baş məşqçi seçimindən razı qalmasa, mövsümün sonunda ayrılacaq.
Portuqaliyalı forvard almaniyalı mütəxəssis Ralf Ranqnikin postunda qalmasının əleyhinədir.
Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Ronaldu cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsində çıxdığı 5 qarşılaşmada 6 qolla yadda qalıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB