06 yanvar 2022 19:02
760

"Qalatasaray"ın məşqçiləri və futbolçusunda koronavirus aşkarlanıb

Türkiyənin "Qalatasaray" komandasında koronavirusa yoluxma halları aşkarlanıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin məşqçiləri Selçuk İnan və Cihan Ünaldan, həmçinin yarımmüdafiəçi Taylan Antalyalıdan COVID-19 üçün götürülmüş test nümunələri müsbət çıxıb.

Hər 3 şəxs komandadan təcrid olunaraq, karantinə alınıb.