"Qarabağ"ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib.
“İki sahil” xəbər verir ki, Ağdam klubuna çox sayda futbolçu təklif olunub ki, onlar arasında tanınmış simalar da var.
Azərbaycan klubuna təklif olunan oyunçulardan biri isə Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellainidir. 2019-cu ildən Çinin "Şandun Tayşan" klubunda çıxış edən 35 yaşlı orta sahə oyunçusu yenidən Avropaya qayıtmaq arzusundadır. Onun menecerliyini edən şirkət Fellaininin avrokuboklarda çıxış edən komandalardan birinə keçməsində maraqlıdır. Bu üzdən yarımmüdafiəçinin xidməti bir neçə kluba təklif olunub ki, onlar arasında "Qarabağ" da var.
Ancaq futbolçunun yaşı və "Qarabağ"da bu mövqedə kifayət qədər oyunçunun olması Ağdam klubunda tərəddüd yaradıb.
Qeyd edək ki, Maruan Fellaini karyerası ərzində "Standard", "Everton" və "Mançester Yunayted"in formasını geyinib.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB