Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təxirə salınması təklif edilib.
"İki sahil" RTS-yə istinadən xəbər verir ki, təklifi İsveçrə İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb.
O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsə, vəziyyət çətin olacaq".
Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Hələlik olimpiadaya Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB