“Mançester Siti” sabiq futbolçusu, ürəyindəki problemə görə karyerasını başa vuran Serxio Aqueroya yeni təklif göndərmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Mançester təmsilçisi 33 yaşlı keçmiş hücumçunu klubun səfiri olmasını istəyir. Hazırda “Mançester Siti”də bu vəzifədə Mayk Summerb, Celon Leskott, Şoun Rayt-Filips və Micah Riçers çalışır.
İngiltərə klubunun tezlikdə Aqueroya təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də oynayıb. O, keçən yay “Barselona”ya keçmişdi. Lakin Aquero dekabrın 15-də ürəyindəki problemə görə karyerasını başa vurduğunu açıqlayıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB