06 yanvar 2022 16:23
644

"Mançester Siti"nin baş məşqçisi koronavirusa yoluxub

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, 51 yaşlı mütəxəssislə birlikdə onun köməkçisi Xuanma Lillonun da testi pozitiv çıxıb.

Hər iki mütəxəsssi yanvarın 7-də "Siundion Taun"la ölkə kuboku matçını buraxacaq.